Bütün “Mastercard”/”Maestro” debet və kredit kart sahibləri “MyDutyFree” saytı (www.mydutyfree.net) və ya “App Store”/”Play Store”dan yüklənən tətbiq vasitəsilə əvvəlcədən sifariş etməklə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən “Duty Free” mağazalarında mallara 15% endirim əldə edə bilərlər.

 

Endirimdən faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir:

 

1) “MyDutyFree” saytı və ya tətbiqi üzərindən məhsulu əvvəlcədən sifariş edirsiniz

2) Sifarişi edərkən müvafiq xanaya “MastercardBaku” promokodunu daxil edirsiniz

3) Uçuş tarixinizdə Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1-ci Terminalda yerləşən xüsusi “MyDutyFree” kassalarında istənilən növ “Mastercard”/”Maestro” kartı ilə ödənişi həyata keçirirsiniz.

 

Məhsulun tam dəyəri “Mastercard”/”Maestro” kartları ilə ödənilməlidir.       

Kampaniya 7 avqust 2017-ci il tarixindən 31 dekabr 2017-ci il tarixinədək etibarlıdır.